00:00:00
Yazar
Elmira Ağayeva
25.08.2026 22:44 33 2 dəq oxuma
Siyasət

Paşinyanın dəmir yolu planı Rusiyanın Ermənistandakı təsirinə zərbədir?

Paşinyanın dəmir yolu planı Rusiyanın Ermənistandakı təsirinə zərbədir?

“Ermənistanın dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir və dövlətin onunla bağlı qərar vermək hüququna malikdir”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan hökuməti məsələni dostluq yolu ilə həll etmək məqsədilə dəmir yolunun konsessiya üzrə idarəçiliyinin üçüncü tərəfə verilməsini Rusiya tərəfinə təklif edir.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyanın bu açıqlaması ilk növbədə Rusiyaya ünvanlanmış siyasi suverenlik mesajıdır:


“Baş nazir dəmir yolunun Ermənistan dövlətinin mülkiyyəti olduğunu xüsusi vurğulamaqla strateji infrastruktura dair son qərarın Moskvada deyil, İrəvanda verilməli olduğunu göstərir. İdarəetmənin üçüncü tərəfə verilməsinin “dostluq yolu ilə” təklif edilməsi isə Ermənistanın Rusiya ilə açıq qarşıdurmaya getmədən mövcud əməkdaşlıq modelini dəyişmək istədiyini göstərir. Bununla yanaşı, İrəvan dəmir yolu sektoruna yeni tərəfdaş və sərmayə cəlb etmək imkanlarını genişləndirməyə çalışır”.

Politoloq qeyd edib ki, dəmir yolunun idarəçiliyinin Rusiyadan alınması Moskva tərəfindən iqtisadi qərardan daha çox geosiyasi mövqelərin zəiflədilməsi kimi qəbul oluna bilər:


“İkitərəfli münasibətlərdə yeni gərginlik yarada bilər. Çünki Rusiya üçün dəmir yolu yalnız kommersiya obyekti deyil, Ermənistandakı təsir imkanlarından biridir. Bu baxımdan, addımı Ermənistanın Rusiyadan siyasi və iqtisadi asılılığını mərhələli şəkildə azaltmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirmək mümkündür. Lakin İrəvanın məqsədi Rusiyanı tamamilə kənarlaşdırmaqdan daha çox, onun inhisarçı rolunu zəiflətmək, tərəfdaşlarını şaxələndirmək və Moskva ilə münasibətlərdə daha bərabər mövqe qazanmaqdır”.


Nuray Əliyeva

#təsirinə #xəbər #yeni #dəmir #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər