00:00:00
Yazar
Admin User
29.05.2025 06:54 212 1 dəq oxuma
İqtisadiyyat

Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 % artıb

Paytaxtda ödənişli xidmətlərin dəyəri 11 % artıb

Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2 milyard 134,5 milyon manat olub.

 

"İnformator.az"  “Report”a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə real ifadədə 11 % çoxdur.

 

Hüquqi şəxslər əhaliyə 1 milyard 778,8 milyon manatlıq xidmət göstərib. Bu da xidmətlərin ümumi dəyərinin 83,3 %-ni təşkil edib.

 

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,4 % artaraq 3 milyard 334,7 milyon manat olub. Hüquqi şəxslər əhaliyə 2 milyard 530,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,9 %-ini təşkil edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər