00:00:00
Yazar
Admin User
07.08.2023 11:45 258 1 dəq oxuma
Siyasət

Pekin Moskvanı ittiham etdi

Pekin Moskvanı ittiham etdi

Pekin Moskvanı sərhəddə çinlilərə sərt davranmaqda ittiham edib.

 

İnformator.az xəbər verir ki, Çinin Rusiyadakı səfirliyinin yaydığı məlumatda bildirilir ki, Rusiya hüquq-mühafizə orqanları Rusiya-Qazaxıstan sərhədində Çin vətəndaşlarının hüquqlarını ciddi şəkildə pozub. Əlavə edilib ki, bu, Çin-Rusiya dostluğunun ümumi mənzərəsinə və ölkələr arasında dostluq-humanitar mübadilələrinin artması tendensiyasına ziddir. Səfirlik araşdırma aparılmasını xahiş edib. Qeyd olunub ki, iyulun 29-da Rusiya-Qazaxıstan sərhədində 5 Çin vətəndaşı dörd saat ərzində dəfələrlə dindirilib. Onlara ölkəyə giriş qadağan edilib və turist vizaları ləğv edilib. Çin səfirliyi insidentlə bağlı araşdırma aparıb və Rusiya Xarici İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və sərhəd xidmətinə müvafiq materialları təqdim edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər