"Pele" sözü Brazilayada lüğətə salındı
Braziliyada "Pele" kəliməsi “müstəsna, müqayisə olunmaz, bənzərsiz” kimi sözlərin əvəzləyicisi kimi lüğətə əlavə edilib.
İformator.az xəbər verir ki, Braziliyanın ən məşhur lüğətlərindən biri olan Portuqalca Michaelis lüğətinin saytında “pelé” sözü yeni sifət kimi otəqdim olunub.
Məşhur braziliyalı futbolçunun nüfuzunu futbolun kənarına da daşımaq məqsədilə həyata keçirilən kampaniyada 125 mindən çox imza toplanıb.
Ötən ilin dekabrında vəfat edən 82 yaşlı futbolçu karyerası dövründə 1281 qola imza atıb.
Fidan
