\"Pensiya yaşına çatıb, gününü keçirən məmurla xüdahafizləşməliyik\" - Hadi Rəcəbli
Pensiya yaşına çatıb, gününü keçirən məmurla xüdahafizləşməli, ehtiyac duyulan şəxsləri dəstəkləmliyik
“Pensiya yaşına çatıb, gününü keçirən məmurla xüdahafizləşməli, ehtiyac duyulan şəxsləri dəstəkləmliyik. Ola bilər ki, həmin şəxsə müşavir və ya digər status verilər”. İnformator-un məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli söyləyib.
O, bildirib ki, mümkün qədər ixtisara yer verməmək lazımdır: \"Sahibkar maya dəyərini aşağı salmaq üçün işçini azaldır və ya digər addımlar atır. Biz də sahibkarlara deyə bilərik ki, maya dəyərini aşağı salmamaq üçün öncə işçini ixtisara salmamaq barədə düşünsün. Hər zaman sahibkarların üzərinə düşürlər. Prezident dediyi kimi, \"Gəlin məmurun əlindən vuraq, sahibkarın başını kəsən məmurun əlini qıraq. Sahibkarın vəsaitini əlindən alan məmuru qınayaq”.
