00:00:00
Yazar
Səmayə Səftərova
19.10.2026 21:09 41 1 dəq oxuma
Siyasət

Pentaqon rəhbərinin Ukraynaya “Patriot” raketlərinin göndərilməsini ləngitdiyi iddia olunur

Pentaqon rəhbərinin Ukraynaya “Patriot” raketlərinin göndərilməsini ləngitdiyi iddia olunur

ABŞ-nin müdafiə naziri Pit Heqset Ukraynaya böyük partiya “Patriot” raketlərinin göndərilməsini hələ də təsdiqləməyib.

 

“The Kyiv Independent” nəşrinin Ukrayna rəsmilərinə və hərbi mənbələrə istinadən məlumatına görə, Kiyevdə Vaşinqtonun silah tədarükünü Ukraynaya təzyiq göstərmək məqsədilə qəsdən ləngitdiyinə dair şübhələr yaranıb. Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 19-da açıqlamasında həyati əhəmiyyət daşıyan bəzi hərbi təchizatların çatdırılmasında gecikmələrin olduğunu bildirib.

 

“Həyata keçirilməyən siyasi razılaşmalar var. Onlar işçi səviyyəsində icra olunmur”, – Zelenski vurğulayaraq gecikmələrlə bağlı ABŞ Müdafiə Nazirliyinə işarə edib. Nəşrə danışan bir yüksəkvəzifəli Ukrayna rəsmisi və iki hərbi mənbə Heqsetin ballistik raketlərin vurulmasında istifadə edilən “Patriot” sistemləri üçün raketlərin tədarükünü ləngitdiyini iddia edib. “Patriot raketləri ilə bağlı müqavilələr Heqsetin masasının üzərindədir. O isə onları imzalamır”, – mənbələrdən biri bildirib.

 

Həmin rəsminin sözlərinə görə, raketlərin dəyəri artıq Ukraynanın müttəfiqləri tərəfindən ödənilib. Nəşr qeyd edir ki, gecikmələr Rusiyanın Ukraynanın mülki infrastrukturuna demək olar ki, hər gün ballistik raket zərbələri endirdiyi bir vaxta təsadüf edir. Ukrayna isə bu hücumların qarşısını almaq üçün məhdud sayda “Patriot” raketlərinə güvənir.

#ABŞ #Pit Heqset #Ukrayna #“Patriot”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər