Peskov: ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir
ABŞ İranın “Buşehr” Atom Elektrik Stansiyası ilə bağlı vəziyyət üzrə heç bir zəmanət vermir.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Moskva bu obyektə zərbələrin yaratdığı təhlükə ilə bağlı öz mövqeyini Vaşinqtona çatdırır.
“Heç bir zəmanət yoxdur, lakin biz hər dəfə bu zərbələrin arxasında duran ciddi təhlükə ilə bağlı mövqeyimizi onların diqqətinə çatdırırıq”, – deyə Peskov qeyd edib.