Peskovdan ABŞ-yə cavab: Nə Rusiya, nə də Çin...
Moskva və Pekin nüvə sınaqlarına qoyulan moratoriuma sadiq qalır və onu pozmayıblar.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Nüvə sınaqlarına qoyulan moratoriumun ləğvi ilə bağlı açıqlamalar (ABŞ-dən) olub. Onlar iddia edirlər ki, moratorium Çin və Rusiya tərəfindən pozulub. Lakin bu, doğru deyil. Nə Çin, nə də Rusiya bunu pozmayıb. Biz Pekinin bu cür ittihamları qətiyyətlə rədd etdiyini və moratoriuma sadiq qaldığını bildirən açıqlamalar eşitmişik", - Kremlin sözçüsü bildirib.
