00:00:00
Yazar
Lalə Qafarova
15.04.2026 20:41 33 1 dəq oxuma
Siyasət

Pezeşkianın müttəfiq axtarışı: Hasan Oktaydan diplomatik təhlil

Pezeşkianın müttəfiq axtarışı: Hasan Oktaydan diplomatik təhlil

Məsud Pezeşkian bildirib ki, İspaniya, Çin, Rusiya, Türkiyə, İtaliya və Misir İsrailin İrana qarşı müharibə çağırışlarına etiraz edir. İran prezidenti bu ölkələrin addımını onların tarixi və mədəni dəyərləri ilə əlaqələndirib. O vurğulayıb ki, belə həssas dövrlərdə sivilizasiyaların əsl mahiyyəti üzə çıxır.

 

Mövzu ilə bağlı KAFKASSAM sədri Hasan Oktay "İnformator.az"a açıqlama verib. O, İran-ABŞ gərginliyi və sülh danışıqları ehtimalını belə qiymətləndirib: 

 

"Məsud Pezeşkianın açıqlaması reallığı bir qədər sadələşdirir. Çin və Rusiya adətən İrana yaxın mövqe tutsa da, digər ölkələrin vəziyyəti fərqlidir.

 Türkiyə, İspaniya, İtaliya və Misir daha ehtiyatlı siyasət yürüdürlər. Onlar birbaşa "İsrail əleyhinə blok"da yer almırlar. Xüsusilə Avropa ölkələri həm İsraillə münasibətləri qorumağa, həm də beynəlxalq hüququ müdafiə etməyə çalışırlar. 
Ölkələri kəskin şəkildə qütblərə bölmək gərginliyi artıra bilər. Bu cür ritorika onsuz da həssas olan İran-İsrail münasibətləri üçün risklidir.

Bu açıqlamalar həm də daxili auditoriyaya mesaj vermək və diplomatik danışıqlarda İranın mövqeyini gücləndirmək məqsədi daşıyır".

 

Reyhan Quliyeva

#pezeşkianın #azərbaycan #axtarışı: #hasan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər