Planetimiz dəyişir: İqlim böhranı və insanların rolu
Dünyamız sürətlə dəyişir. Qlobal istiləşmə, təbii fəlakətlər və resurs çatışmazlığı ilə üz-üzə qalmışıq. İqlim dəyişikliyi artıq sadəcə elm adamlarının xəbərdarlığı deyil, hər birimizin gündəlik həyatına təsir edən aktual bir problemdir. Bu müsahibədə biz ekoloji böhran, insanların bu dəyişikliklərdəki rolu və fərdi töhfələrin əhəmiyyəti barədə danışacağıq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq Rəhilə Əhmədova bildirib ki, əvvəlki illərlə müqayisədə iqlimdə çox dəyişiklik var:
“Əvvəllər alimlər proqnozlaşdırırdılar ki, 2050-ci ildə ümumi planetin tempraturu 0,5-0,7 dərəcə artacaq. Bu gün 2050-ci ilə hələ 25 il var. Hazırda planetin tempraturu 0,5-0,7 yox, 1,5 dərəcə artıb. Bu katostrofik bir rəqəmdir. Cop29da da əsas iqlim dəyişikliyinə görə çıxış edən alimlərin çıxışlarının ana xətti odur ki, tempraturu aşağı salmaq mümkün deyil. Ən azı çalışmaq lazımdır ki, bu intervalda saxlayaq. Ümumi tempraturun 1,5 dərəcədən artmasının qarşısı alınmalıdır. Aşağı salmaq qeyri-mümkündür. Gözlə görünən- Xəzər dənizinin geri çəkilməsi, hava tempraturunun dəyişməsi və s. iqlim dəyişliyinə təsir edir. İctimai qınaq bizdə demək olar ki, yoxdur. Hökmən lazımdır. Yol boyu 1 dənə tullantı qutusu tapılmır. Dövlət qurumları bu məsələlərə ciddi yanaşmalıdır. Universitetlərdə tədbirlər aparılır. 7000-dən çox tələbə iştirak edir. Torpaqlarımızın təmizlənməsini tələbələrə aşılayırıq. Biz bu cür maarifləndirmə tədbirlərini edirik. Ekoloji tədbirlər hər yerdə nümayiş olunmalıdır”.
Banuçiçək Məmmədova
