00:00:00
Yazar
Admin User
21.11.2025 19:53 146 1 dəq oxuma
Sosial

Plastik Qabların toplanmasında məhdudiyyətlər

Plastik Qabların toplanmasında məhdudiyyətlər

Plastik qabların konteynerlə yığılması bu gün şəhər tullantılarının idarə edilməsində ən vacib mərhələlərdən biridir. Xüsusən də böyük şəhərlərdə plastik tullantıların sürətlə artması bu prosesin daha sistemli və nəzarətli şəkildə aparılmasını zəruri edir. 

 

Bu məhdudiyyət həm ekoloji yüklənməni artırır, həm də insanların tullantıları düzgün şəkildə çeşidləməsini çətinləşdirir. Şəhərlərin müxtəlif ərazilərində plastik qablar üçün ayrılmış konteynerlərin sayının az olması sakinləri tullantıları digər məişət zibilinə qarışdırmağa məcbur edir. Bu isə son nəticədə həm təkrar emal prosesini ləngidir, həm də ətraf mühitə mənfi təsir göstərir. Plastik qabların konteynerlə yığılmasının məqsədi onları digər tullantılardan ayırmaq, təkrar istifadəyə yönləndirmək və ekoloji tarazlığı qorumaqdır. Amma bu məqsəd yalnız yetərli sayda konteynerin quraşdırılması, müntəzəm toplanması və əhalinin maarifləndirilməsi ilə mümkündür.

 

“Informator.az”a danışan sakin Aydan Abdulova bildirib ki, plastik tullantıları üçün bu sistemin olması çox yaxşıdır:

 

“Bir sıra ərazilərdə bu cür konteynerlər var. Bu çox yaxşı və düşüncəlidir. Olmayan ərazilərə də yerləşdirilsə çox yaxşı olar. Unutmayaq ki bu kimi kiçik,amma mənası, nəticəsi böyük addımların ekologiyaya da təsiri böyükdür”.

 

“İnformator.az”a danışan digər sakin Alya Yüzbaşlı bildirib ki, belə bir addımın atılması bütün  ərazilər üçün vacib addımdır:

 

“Ekoloji cəhətdən əvəzolunmazdır. Hər ərazidə olmalıdır. Xüsusən böyük şəhərlərdə daha çox lazımdır, məncə”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər