00:00:00
Yazar
Admin User
27.10.2025 17:58 164 2 dəq oxuma
Sosial

Plastik tullantılarla mübarizə - dəyişiklik özümüzdən başlamalıdır

Plastik tullantılarla mübarizə - dəyişiklik özümüzdən başlamalıdır

Plastik tullantılar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və təbiətə ciddi ziyan vurur. Bu problemi həll etmək üçün dəyişiklik hər birimizdən başlamalıdır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekoloq Ənvər Əliyev bildirib ki,plastik, kütləvi materiallardan hazırlanan bu, və ya deyək ki, butulka və s. hazırda planetar bir faciəyə çevrilib:

 

 

"Hər il bir neçə milyardlarla bu tullantılar təbiətə atılır. Təbiət belə deyək də, insan kimi canlı bir mühitdir. Bəli, bu canlı mühitdə istənilən müdaxilə, xüsusən illərlə, onilliklərlə, yüzilliklərlə parçalanmayan kimyəvi maddələr çox problem yaradır. Bu problemin qarşısının alınması özü ayrıca bir prosesdir. Xüsusilə də bu, o qədər asan deyil ki, götürüb yandırasan, ya da emal edib başqa bir materiala çevirəsən. Bu da var plastik kütlədə, amma bu çətin bir prosesdir. İkinci məsələ, bu tullantılar pərakəndə yayılır. Məsələn, zibili zibil qabına qoyursan, külək onu götürüb başqa yerə aparır. Bu halların qarşısı alınmalıdır. Bəzən görürsən ki, qida maddələri elə torbalarda saxlanılır ki, bu, sağlamlıq üçün zərərlidir. Məsələn, butulkalarda olan mineral suları günəş altında saxlamaq olmaz. Bu, həm suyun tərkibinə, həm də sağlamlığa ciddi ziyan vurur. Və yaxud o 20-25 litrlik qablar var, onlar müəyyən müddətdən sonra dəyişdirilməlidir. Şəhərin mərkəzindən kənar ərazilərinə qədər asvaltın üstündə, zibilliklərin yanında, hər yerdə bu tullantıları görmək olur. Bunlara ciddi nəzarət lazımdır. Avropa ölkələrində yaxşı təcrübələr var. Məsələn, supermarketlərin qarşısında xüsusi aparat var boş butulkanı ora atırsan, o sənə müəyyən bir məbləğ verir və sən ondan mağazada istifadə edə bilirsən".

 

Həmçinin ekoloq bildirib ki,torbalar məsələsi bir az çətindir. Onlar yüngüldür, küləklə uçur, ətrafı çirkləndirir:

 

"Ən yaxşısı odur ki, zibil qablarının yanında ayrıca bölmələr qoyulsun, bu torbalar oraya atılsın və emala göndərilsin. Elə insanlar var ki, bu tullantılardan dolanır. Onlar üçün də bir sistem yaradılmalıdır ki, toplayıb təhvil versinlər, təkrar emal olunsun. Plastik torbaların bəziləri 50-100, hətta 500 il torpaqda qalır, parçalanmır. Dənizlərdə isə daha uzun müddət qalır. İnsan sağlamlığına təsiri var. Elə qablar var ki, yalnız qida məhsulları üçün hazırlanır, onların da istifadə müddəti olur. Təbii, bu məsələlərdə daha diqqətli olmalıyıq. Dəfələrlə bu barədə danışılsa da, vəziyyət dəyişmir. Çünki bu istehsalçılar üçün qazanc mənbəyidir, maraqları var ki, bu sahəyə toxunulmasın. Amma həll yolları da var. Məsələn, xüsusi parçadan tikilmiş torbalar var. Xaricdə müşahidə etmişəm, insanlar avtomobillərində saxlayır, mağazaya gedəndə özləri ilə götürüb alış-verişi onlara yığırlar. Aylarla istifadə olunur, davamlı, estetik və faydalıdır. Belə məsələlərə diqqətlə yanaşmalıyıq. Ümid edək ki, gələcəkdə bu problemin də həlli olacaq".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər