00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
04.09.2026 21:27 59 2 dəq oxuma
Siyasət

Polşa Ukrayna ilə sərhəddə hava hərəkətini üç ay məhdudlaşdıracaq

Polşa Ukrayna ilə sərhəddə hava hərəkətini üç ay məhdudlaşdıracaq

 

Polşanın qərarı təhlükəsizliklə bağlıdır, iki ölkə arasında münasibətləri ciddi şəkildə gərginləşdirməyəcək .Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki,Polşanın Ukrayna ilə hava sərhədini üç aylıq müddətə bağlaması anlaşılandır:

 

“Polşa və Ukrayna yaxın qonşu ölkələrdir. Eyni zamanda, Polşa Rusiyanın təcavüzü başladığı gündən etibarən Ukraynanı aktiv şəkildə müdafiə edən və ona yardım göstərən ölkələrdən biridir.son yarım il ərzində iki ölkə arasında müəyyən problemlər yaşanıb və münasibətlərdə müəyyən soyuqluq müşahidə olunur. Lakin bütün bunlara baxmayaraq, Polşa Ukraynanı dəstəkləməkdə davam edir. Ukraynaya çatdırılan yardımların əhəmiyyətli hissəsi də məhz Polşa ərazisindən həyata keçirilir”.


Politoloq qeyd edib ki, hava  məkanının bağlanması məsələsinə gəldikdə isə, bu addım təhlükəsizlik baxımından başadüşüləndir. 

 

Son 3-4 ay ərzində Rusiya-Ukrayna müharibəsinin şiddəti daha da artıb. Xüsusilə hava məkanında ciddi təhlükələr mövcuddur. Hər iki tərəf demək olar ki, hər gün bir-birinin ərazisinə yüzlərlə dron göndərir ki, bu da hava məkanında xaosa və təyyarələr üçün ciddi təhlükələrə səbəb ola bilər.Polşanın belə bir addım atması anlaşılandır. Mümkündür ki, digər qonşu ölkələr də təhlükəsizlik baxımından buna bənzər qərarlar qəbul etsinlər.

 

Oqtay  Qasımovun sözlərinə görə,Türkiyənin bəzi hava yolları şirkətləri də artıq Rusiya istiqamətində uçuşları dayandırıblar, Ukrayna hava məkanında da təhlükəsizliklə bağlı ciddi problemlərin olması təbiidir. 
 

Rusiya tərəfindən Ukraynaya hər gün çoxsaylı raket və PUA-ların göndərilməsi Ukrayna hava məkanını ciddi risk altında saxlayır.Polşanın bu qərarı iki ölkə arasında münasibətləri ciddi şəkildə gərginləşdirsin. Qeyd etdiyimiz kimi, son yarım il ərzində tərəflər arasında müəyyən problemlər yaşanıb və Polşa Ukrayna prezidentinin verdiyi fərmanı kəskin şəkildə tənqid edib. Bununla yanaşı, tarixi məsələlər yenidən gündəmə gətirilib.Amma bütün bunlara baxmayaraq, bir daha qeyd edirəm ki, Polşa Rusiyanın təcavüzü qarşısında Ukraynanı dəstəkləyən ölkələrdən biridir və bu dəstəyini davam etdirir.


Nurgün Qənizadə

#xəbər #polşa #sərhəddə #hava
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər