00:00:00
Yazar
Səadət Əlizadə
20.11.2026 21:21 34 2 dəq oxuma
İdman

Premyer Liqa: XII tur iki oyunla start götürüb

Premyer Liqa: XII tur iki oyunla start götürüb

Bu gün Azərbaycan Premyer Liqasında XII turun iki qarşılaşması keçiriləcək. Saat 14:30-da “İmişli” Yevlaxda “Zirə”ni qəbul edəcək. “Zirə” 19 xalla beşinci, “İmişli” isə 11 xalla səkkizinci pillədədir.
Saat 19:00-da “Sumqayıt” “Sabah”la qarşılaşacaq. “Sabah” 21 xalla ikinci, “Sumqayıt” isə 10 xalla doqquzuncu sıradadır. Tur noyabrın 22-də başa çatacaq.

 

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, bu tur olduqca maraqlı olacaq, çünki Azərbaycan Premyer Liqasının bu mövsümü gərgin mübarizə ilə başlayıb:

 


“Hər bir komandanın autsayder və ya favorit, lider olmasından asılı olmayaraq, hər kəs bir-birindən xal ala bilib. Heç kim asan təslim olmaq istəmir - çox yaxşı bir rəqabət var. Bu səbəbdən də turnir cədvəlində həm aşağıda, həm də yuxarıda sıxlıqdır.
İmişli – Zirə qarşılaşmasında aşkar favorit, təbii ki, daha təcrübəli komanda olan Zirədir. İmişli daha çox müdafiədə diqqətli olacağı və əks-hücumlarda daha yaxşı oynayacağı halda nəticə qazana bilər. Yenə də düşünürəm ki, favorit Zirədir və bu oyunda qələbə qazanmaq ehtimalı daha çoxdur”.

 

Həmçinin şərhçi qeyd edib ki, Sumqayıt qarşılaşmasına, mövsümə yaxşı başlamayıb:

 

“Komandanın heyətində ciddi dəyişikliklər olub, komanda yenidən qurulur deyə lazımi xalları toplamayıb. Məşqçinin də işində bir az problemlər var; portuqaliyalı mütəxəssis Filipo Kandido ona olan etimadı hələ ki doğrultmayıb. Amma bu prosesin belə davam edəcəyi barədə birmənalı fikir bildirmək olmaz, daha yaxşı da ola bilər”.

 

Ekspertin sözlərinə görə, bugünkü rəqib isə Sabahdır:

 

“Sabah ölkə çempionudur, Çempionlar Liqasında Azərbaycanı uğurla təmsil edir. Üç-dörd gündən sonra isə Bakıda "Barselona" kimi ağır rəqibi qəbul edəcək. Buna görə də Sumqayıtla matçda bir qədər ehtiyatlı davrana bilər. Buna baxmayaraq, yenə də favorit Sabah komandasıdır”.

 

Nəticə olaraq müsahib bildirib ki, Sabahın çempionluq uğrunda əsas rəqibləri isə "Neftçi", "Qarabağ" və "Turan"dır:

 

“Düşünürəm ki, mövsüm hələ təzə başlayıb, mübarizə qabaqdadır. Amma çempionatın hər turunda ciddi olmaq lazımdır, xal itirmək olmaz. Çünki itirilən hər xal mövsümün sonunda komandanı ciddi problemlərə gətirə bilər”.

 

 

Aysu Abbasova

#oyunla #tur #azərbaycan #baki #premyer
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər