Prezident Dövlət Neft Akademiyasının adını dəyişdi
Ali məktəbə rektor da təyin etdi
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.
Prezidentin digər sərəncamı ilə Mustafa Baba oğlu Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin olunub.
