00:00:00
Yazar
Admin User
24.12.2025 18:41 80 2 dəq oxuma
Sosial

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və yeni mənzillərə köçən sakinlərlə görüşüblər. Kompleksdə 11 məhəllə, 60 bina və ümumilikdə 1268 mənzil mövcuddur. Dekabr ayında 104 ailə (426 nəfər), 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) kompleksə köçürüləcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, qeyd olunduğu kimi, Ağdamda yeni yaşayış komplekslərinin açılması infrastrukturun qurulmasının, yaşayış üçün təhlükəsizliyin təmin olunmasının  və artıq insanların rahat şəkildə köç edərək həyatlarına orada davam etmələri üçün şəraitin formalaşmasının göstəricisidir:

 

"Turizm baxımından bu prosesin əhəmiyyəti böyükdür. Əslən həmin ərazidən olan həmvətənlərimiz doğma yurdlarına qayıtdıqca məskunlaşma artır, bu isə öz növbəsində iqtisadi və turizm canlanmasına gətirib çıxarır. Turizm yalnız xarici turistlərin axını deyil, dost-qohum ziyarətləri, daxili turizm, regional səfərlər də bu sahənin mühüm tərkib hissəsidir. Məskunlaşma artdıqca, həmin istiqamətlərə səyahətlərin sayı da artır.

 

Bundan əlavə, müasir standartlara cavab verən yeni yaşayış komplekslərinin tikilməsi, bölgədə dinamik həyat tərzinin formalaşmasına səbəb olacaq. Bu isə turistlər üçün əlavə maraq nöqtəsi yaradır, çünki orada ticarət obyektləri, restoranlar, otellər, xidmət sektoru inkişaf edir. Bu da həm iş yerlərinin yaradılması, həm də regionun turizm baxımından cəlbediciliyinin artması deməkdir.

 

Nəticə olaraq, məskunlaşma, infrastrukturun genişlənməsi və müasir şəhərsalma prinsiplərinə uyğun komplekslərin tikilməsi, bütün bunlar turizm üçün əsas şərtlərdən biridir və bölgənin gələcək inkişafına müsbət təsir göstərəcək.

 

Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesi artıq real nəticələr verir. Bugün Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurdan da iqtisadi və turizm təkliflərinin ortaya çıxması bu prosesin canlı sübutudur. Ən önəmlisi odur ki, əslən bu ərazilərdən olan vətəndaşlarımız artıq orada yaşayır, işləyir, biznes əlaqələri qurur və yaradılmış şəraitdən, təqdim olunan güzəştlərdən səmərəli istifadə edirlər.

 

Eyni zamanda, infrastrukturun genişlənməsi bu bölgələrdə müxtəlif bizneslərin yaranmasına, yeni iş yerlərinin açılmasına, turizmin inkişafına zəmin yaradır. Artıq təkcə yaşayış kompleksləri deyil, otellər, istirahət mərkəzləri, kanal layihələri həyata keçirilir. Bununla yanaşı, turizmin müxtəlif növlərinin inkişafı üçün də konkret addımlar atılır. Bütün bunlar gələcəkdə bölgənin turizm məhsulları baxımından zənginləşməsinə, daha çox turistin həmin ərazilərə səfər etməsinə səbəb olacaq. Yəni bərpa prosesi təkcə fiziki infrastrukturla yox, iqtisadi və turizm baxımından dayanıqlı inkişafla müşayiət olunur".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər