00:00:00
Yazar
Admin User
14.11.2015 05:18 402 1 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev başsağlığı verdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollanda Parisdə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.
Prezident İlham Əliyev başsağlığı verdi

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollanda Parisdə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib. 

Başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 noyabr 2015-ci il.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər