00:00:00
Yazar
Admin User
06.02.2026 18:49 228 2 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev İranın müdafiə naziri ilə görüşüb

Prezident İlham Əliyev İranın müdafiə naziri ilə görüşüb

Prezident İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayorun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, regional təhlükəsizlik məsələləri, hərbi-texniki əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında parlament deputatı, insan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, məlumdur ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev İran-İslam Respublikasının müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Əziz Nəsirzadəni və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib:

 

“Eyni zamanda, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb, bölgədə mövcud vəziyyətlə bağlı Azərbaycanın mövqeyini və verə biləcəyi töhfələri qarşı tərəfin diqqətinə çatdırıb. Prezident İlham Əliyev müharibənin qarşısının alınması, sülhün təmin olunması naminə Azərbaycanın hansı dəstəyi göstərə biləcəyini vurğulayıb, bu istiqamətdə öz fikirlərini bölüşmüşüb.
Bugünkü görüşdə də İranın müdafiə naziri bu məsələlərə toxunaraq mövcud vəziyyətlə bağlı mövqeyini ifadə edib. Görüş zamanı Azərbaycanın regionda sülh və sabitliyin təmin olunmasında maraqlı olduğu xüsusi olaraq vurğulanıb. Məlumdur ki, Azərbaycan bölgədə mövcud reallıqları dəyişməklə, Ermənistanla münasibətlərin normallaşması kontekstində regiona dayanıqlı sülhün gəlməsinə mühüm töhfə verən, regionun lider dövləti kimi sülh və sabitliyin təminində maraqlı olan ölkədir. Bu baxımdan, İran nümayəndə heyətinin rəhbərinin diqqətinə Birləşmiş Ştatlar və İsrail arasında yaranan yeni gərginlik fonunda Azərbaycanın hansı addımlar ata biləcəyi və gərginliyin qarşısının alınmasına necə töhfə verə biləcəyi ilə bağlı fikirlər də çatdırılıb. Eyni zamanda, regiondakı ümumi vəziyyət müzakirə mövzusu olub. Görüşdə regionda sülhə nail olunması ilə yanaşı, İranla müdafiə sahəsində, hərbi əməkdaşlıq istiqamətində hansı addımların atıla biləcəyi də müzakirə edilib. Təbii ki, Azərbaycan bölgədə sülhün və sabitliyin dayanıqlı olması üçün üzərinə düşən bütün addımları atır və bu istiqamətdə Prezident İlham Əliyevin səyləri kifayət qədər yüksəkdir və beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bu məsələlərdə Azərbaycanın oynaya biləcəyi rol kifayət qədər əhəmiyyətlidir. Ümumilikdə, bu prosesdə əsas məqsədimizin gərginliyin aradan qaldırılması, müharibələrin qarşısının alınması və regionda dayanıqlı sülhün bərqərar olması olduğu bir daha qarşı tərəfin diqqətinə çatdırılıb. Bu istiqamətdə hansı addımların atıla biləcəyi, hansı imkanların mövcud olduğu müzakirə olunaraq qonaq nümayəndə heyətinin rəhbərinə ətraflı şəkildə izah edilib”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər