00:00:00
Yazar
Güllər Gülhüseynova
23.08.2026 16:50 102 1 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gedib

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib.

 

"İnformator.az" xəbər verir ki, "Daşkənd-Xumo" Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.

#əliyev #xəbər #səfərinə #dövlət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər