00:00:00
Yazar
Zəhra Həsənova
24.09.2026 23:12 24 1 dəq oxuma
Siyasət

Prezident İlham Əliyev yeni təyin olunmuş səfiri qəbul edib - ŞƏRH

Prezident İlham Əliyev yeni təyin olunmuş səfiri qəbul edib - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İsveçin ölkəmizdə yeni təyin olunmuş səfiri Luis Morsinqi qəbul etməsi iki ölkə arasında münasibətlərin inkişafı baxımından diqqətçəkən görüşdür:

 

“Görüş zamanı səfirin Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətləri təbrik etməsi və etimadın qurulması istiqamətində atılan addımları alqışlaması İsveçin prosesə münasibətini göstərən mühüm məqamdır. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı arasında müsbət dinamikanın qeyd olunması Bakı ilə Stokholm arasındakı siyasi dialoqun inkişafı üçün əlavə imkanlar yarada bilər. Azərbaycan-İsveç münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmamalıdır. Avropa ölkələri ilə ikitərəfli əlaqələrin genişləndirilməsi Azərbaycanın Avropadakı əməkdaşlıq imkanlarının şaxələndirilməsi baxımından əhəmiyyətlidir”.

 

Deputatın sözlərinə görə, görüşdə məhz bu sahələrdə əməkdaşlıq imkanlarına diqqət yetirilməsi təsadüfi deyil:

 

“Hesab edirəm ki, yeni səfirin fəaliyyətə başlaması Azərbaycan-İsveç münasibətlərində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün bir fürsət yaradır. Təhsil və humanitar əlaqələr, iqtisadi və investisiya əməkdaşlığı, biznes münasibətləri, eləcə də qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsi bu baxımdan perspektivli istiqamətlər ola bilər. Əsas məsələ mövcud siyasi dialoqun konkret əməkdaşlıq layihələri ilə tamamlanması və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin daha da dərinləşdirilməsidir”.

 

Selcan Xudiyeva

#təyin #şərh #baki #gündəm #i̇lham
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər