00:00:00
Yazar
Admin User
24.01.2015 07:07 420 1 dəq oxuma
Siyasət

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub

Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlar və onun perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.

Klaus Şvab Dünya İqtisadi Forumu ilə Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək Prezident İlham Əliyevin Forumda iştirakının əhəmiyyətli olduğunu deyib.

Dövlətimizin başçısı Dünya İqtisadi Forumu ilə ölkəmiz arasındakı əməkdaşlıqdan məmnun qaldığını, əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Azərbaycan Prezidenti bu Forumun bütün iştirakçı tərəflərə əməkdaşlığı daha da genişləndirmək üçün şərait yaratdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlar və onun perspektivləri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, qlobal böhran və onunla bağlı proseslər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər