00:00:00
Yazar
Zeynəb Yunuszadə
22.04.2026 21:13 20 1 dəq oxuma
Siyasət

Prezident: "Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir"

İlham Əliyev bildirib ki, Azərbaycanın valyuta və qızıl ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Xarici borcun ÜDM-də payı isə 6.1% səviyyəsindədir.
Prezident: "Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir"

"Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6.1 faizinə bərabərdir".

 

"İnformator.az" "AZƏRTAC" -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.

 

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın valyuta və qızıl ehtiyatları xarici borcumuzu 18 dəfədən çox üstələyir.

 

"Başqa sözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzində sıfra endirə bilərik", - deyən Azərbaycan Prezidenti əlavə investisiyalara böyük ehtiyac olduğunu da diqqətə çatdırıb.

#çox #prezident: #yeni #xarici
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər