"Prezidentin daxili siyasətin prioriteti xalqın rifahıdır" - Mayıl Soltan
Problem və həll yolu bütün məsələlərin əsasını təşkil edir. Aydındır ki, bu gün bu problemlərin çoxluğu kimisini boğaza yığır, kimisini isə yaşamaq həvəsindən uzaq salır. Təbii ki, dünyanın bütün ölkələrində belə mövzular çoxdur.
Bəs Azərbaycanda ? Təbii ki, Azərbaycanda da bir çox sosial problemlər özünü göstərir. Bura qiymət artımı, işsizlik kimi məsələləri nümunə göstərə bilərik. Lakin bu problemlərin daim həll yolunu tapan bir Prezident var - Cənab İlham Əliyev. Həm xarici, həm də daxili siyasəti uğurla həyata keçirən Cənab Prezident insanların rifahının yüksək olması, rahat yaşam və uğurlu inkişafları yönündə daim addımlar atır. Elə çox uzağa getməyək - aydındır ki, bu gün paytaxt Bakıda ən böyük problemlərdən biri də tıxac məsələsidir. Məhz bu problemləri nəzərə alan Cənab Prezident yeni metrostansiyaların tikilməsini yaxından izləyir. Təbii ki, bu da əhalinin rahat bir şəkildə gediş-gəlişini təmin etməkdir. Bununla da bitmir, bu gün işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin aparılması həm əhalinin rifahı, həm də işsizliyin qarşısını almaq üçün ən uğurlu addımlardandır. Qarabağda yeni Universitetinin fəaliyyət göstərməsi, fabrik-zavodların, otellərin, kafe və restoranların tikilməsi də bunun bariz nümunəsidir. Bundan əlavə, elm və təhsil məsələləri Cənab Prezidentin əsas prioritetlərindən hesab olunur. Bu gün yüzlərlə ali təhsilli gənclərə tələbə təqaüdündən əlavə fərqli təqaüdlərin verilməsi, o cümlədən gənclərin aparıcı dövlət qurumlarında - prokuror və ədliyyə orqanlarında işlə təmin olunması bunu bir daha layiqincə sübut edir.
Belə uğurlu addımlar saysız-hesabsızdır, lakin bəzi dırnaqarası müxtəlifət sevdalıları bunları görmək istəmir, çünki həzm etməkdə çətinlik çəkirlər. Amma bunlar həqiqətdir, daim xalqı önündə başıuca gəzən Prezidentin yazdığı gerçək reallıqlardır.
Məlumdur ki, bu gün ölkədə həyata keçirilən daxili siyasətin mərkəzində insan amili dayanır. Sosial rifahın gücləndirilməsi istiqamətində atılan addımlar artıq konkret nəticələrlə özünü göstərir. Minimum əməkhaqqının və pensiyaların mərhələli şəkildə artırılması, sosial müavinətlərin əhatə dairəsinin genişləndirilməsi, şəhid ailələri və qazilərin mənzil və avtomobillə təmin olunması dövlətin vətəndaşa olan məsuliyyətinin bariz nümunəsidir. Bütün bunlar göstərir ki, sosial siyasət kağız üzərində qalan vədlər deyil, real həyatın özündə hiss olunan islahatlardır. Daxili siyasətin əsas sütunlarından biri də regionların kompleks inkişafıdır. Bu gün paytaxtla yanaşı, ölkənin ucqar kənd və rayonlarında yollar salınır, müasir məktəblər və tibb müəssisələri istifadəyə verilir, kənd təsərrüfatına dövlət dəstəyi artırılır. Məqsəd aydındır - inkişafı yalnız mərkəzdə deyil, bütün ölkə üzrə balanslı şəkildə təmin etmək, regionlarda yaşayan əhalinin məşğulluğunu və həyat səviyyəsini yüksəltməkdən ibarətdir.
Elə bayaq da vurğuladığım kimi bu siyasətin ən parlaq nümunəsi isə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləridir. Qarabağ bu gün təkcə azad edilmiş torpaq deyil, yeni inkişaf modelinin tətbiq olunduğu bir məkandır. “Böyük Qayıdış” proqramı çərçivəsində ağıllı kənd və ağıllı şəhər layihələrinin icrası, müasir infrastrukturun qurulması, təhsil və istehsal müəssisələrinin yaradılması həm əhalinin layiqli şəkildə geri qayıdışını, həm də minlərlə yeni iş yerinin açılmasını təmin edir. Qarabağ Universitetinin fəaliyyətə başlaması isə regionun intellektual və elmi gələcəyinə yönəlmiş strateji addımdır. Gənclər siyasəti də daxili siyasətin prioritet istiqamətlərindən biridir. Dövlət tərəfindən gənclərə verilən təqaüdlər, təhsil imkanları və onların aparıcı dövlət qurumlarında işlə təmin olunması təsadüfi deyil. Bu, gələcəyin peşəkar kadr bazasının formalaşdırılmasına hesablanmış uzunmüddətli strateji yanaşmadır. Gənclərə göstərilən etimad, əslində, Azərbaycanın sabahına qoyulan ən dəyərli sərmayədir. Bu gün Azərbaycan daxili siyasətdə sosial ədaləti, iqtisadi inkişafı və ictimai sabitliyi təmin edən nadir ölkələrdən biridir. Bu uğurların təməlində isə xalqına arxalanan, xalqı üçün çalışan və daim gələcəyə hesablanmış qərarlar verən Prezident İlham Əliyev dayanır. Məhz buna görə də dövlətin gücü xalqın rifahında, xalqın gücü isə dövlətə olan inamında öz əksini tapır.
