00:00:00
Yazar
Elmira Ağayeva
14.07.2026 18:25 24 2 dəq oxuma
Siyasət

“Prezidentin mesajı Azərbaycanın müstəqil siyasət kursunun təsdiqidir”-POLİTOLOQDAN  ŞƏRH

“Prezidentin mesajı Azərbaycanın müstəqil siyasət kursunun təsdiqidir”-POLİTOLOQDAN ŞƏRH

“Bu gün Azərbaycan üçün yeganə risk xarici qüvvələrin ölkəni hər hansı avantüralara cəlb etmək üzrə müəyyən cəhdləridir”.

Bunu Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bu bəyanatı Azərbaycanın mövcud təhlükəsizlik mühitinə dair strateji qiymətləndirməsini əks etdirir:


“Verilən mesaj ondan ibarətdir ki, ölkə daxilində siyasi sabitlik, institusional dayanıqlıq və ictimai təhlükəsizlik təmin olunub, əsas çağırışlar isə xarici geosiyasi proseslərdən qaynaqlanır. Bu, həm də Azərbaycanın müstəqil xarici siyasət kursunu davam etdirəcəyinə, regional və qlobal güclər arasında yaranan qarşıdurmalarda hər hansı avantüraya cəlb olunmayacağına dair aydın siyasi siqnaldır. Xüsusilə Cənubi Qafqaz, Yaxın Şərq və Şərqi Avropada gərginliyin davam etdiyi bir dövrdə bu mövqe Azərbaycanın milli maraqları əsas götürən praqmatik siyasətini bir daha nümayiş etdirir”.
 

Züriyə Qarayeva qeyd edib ki, Prezidentin çıxışı Azərbaycan-Ermənistan münasibətlərinə də dolayısı ilə mühüm mesaj verir:


“Rəsmi Bakı bununla göstərir ki, sülh gündəliyinə sadiq qalır, lakin regionda gərginlik yarada biləcək kənar müdaxilələrin və geosiyasi manipulyasiyaların əleyhinədir. Əgər xarici aktorların rəqabəti sülh prosesinə təsir göstərməzsə, tərəflər arasında danışıqların davam etməsi və münasibətlərdə müsbət dinamikanın qorunması üçün imkanlar mövcuddur. Bununla yanaşı, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Dayanıqlı sülh yalnız qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, suverenliyə hörmət və regiondakı problemlərin regional məsuliyyət əsasında həll edilməsi ilə mümkündür”.


Nuray Əliyeva

#Azərbaycan #Şuşaqlobalmediaformu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər