Professor Musa Qasımlı yeni vəzifə icra edəcək
Professor Musa Qasımlı AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edəcək.
AMEA-dan İnformator-a bildirilib ki, Qafqazşünaslıq İnstitutu “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2015-ci il tarixli qərarı ilə Akademiyanın strukturuna daxil edilib.
Professor Musa Qasımlının rəhbərliyi altında indiyə kimi 14 nəfər namizədlik, 3 nəfər doktorluq dissertasiyası işini müdafiə edib.
O, IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu il 7 noyabrda keçirilən seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən, 2015-ci il 1 noyabrda keçirilən V çağırış seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən millət vəkili seçilib. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüdür.
