00:00:00
Yazar
Zəhra Həsənova
20.02.2026 21:39 7 2 dəq oxuma
Sosial Özəl

Pul qarşılığında WhatsApp izləmə - Mütəxəssisdən açıqlama

Pul qarşılığında WhatsApp izləmə - Mütəxəssisdən açıqlama

Son günlər sosial şəbəkələrdə yayılan ‘pul ödəyərək istənilən WhatsApp hesabını izləyə bilərik’ tipli elanlar ictimaiyyətdə narahatlıq yaradıb. İddialar istifadəçilər arasında geniş müzakirələrə səbəb olub və xüsusilə şəxsi məlumatların qorunması və onlayn təhlükəsizlik mövzularını yenidən gündəmə gətirib.

 

Mövzu ilə bağlı İT (İnformasiya Texnologiyaları) mütəxəssisi Natiq Məmişov “İnformator.az”a açıqlamasında bildirib ki, yayılan iddiaların təxminən 90 faizi uydurmadır cür platformaların hesablarını texniki yollarla sındırmaq çox çətindir və əksər hallarda məqsəd yalnız insanları aldatmaqdır:

 

“Əslində, bu iddiaların 90 faizi uydurmadır. Çünki bu cür platformaların hesablarını texniki yolla sındırmaq çox çətin prosesdir. Əksər hallarda məqsəd insanları aldatmaqdır. Məsələn, WhatsApp və İnstagram üzərindən istifadəçiyə SMS kod göndərilir və müxtəlif bəhanələrlə həmin kodu qarşı tərəfə deməsi xahiş olunur. Dələduz telefonla əlaqə saxlayaraq bildirir ki, “sizə təsdiq kodu gələcək, onu bizə deyin”. İstifadəçi kodu təqdim etdikdən sonra isə guya hesab “hack” edilir. Halbuki bu, texniki sındırma deyil-istifadəçi özü giriş icazəsini qarşı tərəfə vermiş olur. Bundan əlavə, saxta “support” linkləri vasitəsilə fişinq səhifələr yaradılır. “Your account will be disabled, verify now” kimi mesajlarla istifadəçi qorxudulur və linkə yönləndirilir. Həmin səhifəyə daxil olub məlumatlarını yazdıqda isə bütün giriş məlumatları birbaşa ələ keçirilir. Belə üsullarla səhifə sındırmırlar. Pulu əldə etdikdən sonra ya yoxa çıxırlar, ya da olduqca bəsit üsullardan istifadə edirlər. Çünki bu cür hesabların həqiqətən “hack” edilməsi çətindir. Əslində isə onlar istifadəçilərin özlərinin yaratdığı təhlükəsizlik boşluqlarından istifadə edirlər”.

 

Zəri Bayramlı

#mütəxəssisdən #izləmə #açıqlama #qarşılığında
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər