00:00:00
Yazar
Elmira Ağayeva
19.11.2026 22:31 46 1 dəq oxuma
Siyasət

Putin: Aİ Rusiyaya qarşı sanksiyalar səbəbindən sənaye potensialını itirir

Putin: Aİ Rusiyaya qarşı sanksiyalar səbəbindən sənaye potensialını itirir

 

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların Avropa ölkələrinin iqtisadiyyatına da mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bu məhdudiyyətlər Aİ-nin sənaye potensialının zəifləməsinə və iqtisadi itkilərlə üzləşməsinə səbəb olur.

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli İnformator.az-a açıqlamasında bildirib ki, müharibə şəraitində Rusiya iqtisadiyyatının geriləməsi maksimum 9 faiz civarında olub:

“Amma Rusiya bu il öz iqtisadiyyatının böyüməsini 1 faizdən yuxarı səviyyədə təmin edə bilib. Müharibə aparan ölkənin iqtisadiyyatı tam şəkildə hərbi relslərin üzərinə oturdulduğuna görə belə uğurlu nəticələr əldə olunur”.

Politoloq qeyd edib ki, hazırda tərəflər ciddi iqtisadi itkilərlə üzləşir. Rusiyanın itkiləri Avropa İttifaqına da təsirsiz ötüşmür. Çünki tərəflər arasında mövcud iqtisadi əlaqələrin pozulması qarşılıqlı itkilərə səbəb olur.

Aysun Xəlilova

#putin: #sanksiyalar #yeni #itirir #rusiyaya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər