00:00:00
Yazar
Səadət Əlizadə
19.11.2026 21:16 48 2 dəq oxuma
Siyasət

Putin-Tramp görüşü başlayıb: Dünya liderləri hansı məsələləri müzakirə edəcək?

Putin-Tramp görüşü başlayıb: Dünya liderləri hansı məsələləri müzakirə edəcək?

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb. Görüşün beynəlxalq münasibətlərə, Rusiya–Ukrayna müharibəsinə və iki ölkə arasındakı münasibətlərə mümkün təsirləri diqqət mərkəzindədir.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, Görüşün konkret gündəliyi əvvəlcədən açıqlanmadığı üçün müzakirələrin təşəbbüslər əsasında formalaşdığı ehtimal olunur:

 

 

"Çində keçirilən Putin–Tramp görüşündə hansı məsələlərin konkret müzakirə olunacağı əvvəlcədən məlum deyildi. Liderlər də hər hansı konkret mövzunun müzakirə ediləcəyini açıqlamamışdılar. Buna görə də ehtimal olunur ki, görüş zamanı tərəflərin təşəbbüsü ilə gündəmə gələn və qarşılıqlı olaraq müzakirəsi məqsədəuyğun hesab edilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb".

 

 

Onun fikrincə, Ukrayna məsələsində ciddi razılaşmanın əldə olunacağı gözlənilmirdi, çünki tərəflər arasında uzun müddətdir fikir ayrılıqları qalır:

 

 

"Putin və Trampın görüşündən Ukrayna müharibəsi ilə bağlı ciddi nəticə və ya köklü dəyişiklik yaradacaq razılaşma gözləmək real deyildi. Artıq iki il yarımdır ki, ABŞ və Rusiya arasında bu mövzuda danışıqlar aparılır. Tərəflərin nümayəndələri dəfələrlə görüşüb, hətta liderlər daha əvvəl Alyaskada bir araya gəliblər. Lakin həmin görüşdən sonra konkret razılaşma əldə olunmayıb, əksinə, qarşılıqlı ziddiyyətli açıqlamalar səsləndirilib. Bu səbəbdən Pekin görüşündə də Ukrayna ilə bağlı mühüm qərarın qəbul ediləcəyi ehtimalı aşağı qiymətləndirilirdi".

 

 

Sonda o bildirib ki, Görüş şəxsi təmasların davam etməsinə şərait yarada bilər, lakin ciddi siyasi razılaşma üçün tərəflər arasında dərin fikir ayrılıqları mövcuddur:

 

 

"Görüşün ABŞ–Rusiya münasibətlərinə əsas təsiri liderlər arasında şəxsi ünsiyyətin və diplomatik təmasların davam etməsi ola bilər. Bununla belə, Ukrayna və İran məsələlərinə tərəflərin fərqli yanaşmaları razılaşma əldə edilməsini çətinləşdirir. Hər iki ölkə dünya miqyasında geosiyasi üstünlük uğrunda mübarizə aparan mərkəzlər olduğundan, ortaq mövqeyə gəlmək asan görünmür. Ekspert hesab edir ki, gələcəkdə təmaslar davam etsə də, onların ciddi siyasi nəticələr verməsi çətin olacaq. Bununla yanaşı, liderlərin görüşü tarixi hadisə kimi əhəmiyyət daşıyır".

 

 

Fatimə İbrahimova

#edəcək? #müzakirə #hansı #dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər