00:00:00
Yazar
Aysel Mirzəyeva
28.04.2026 19:43 21 2 dəq oxuma
Siyasət

Putin-Əraqçi görüşü regionda hansı yeni proseslərin başlanğıcı ola bilər?

Putin-Əraqçi görüşü regionda hansı yeni proseslərin başlanğıcı ola bilər?

Rusiyanın Sankt-Peterburq şəhərində Vladimir Putin ilə iranlı diplomat Abbas Əraqçi arasında keçirilən görüş regionda baş verən proseslər fonunda diqqət mərkəzinə düşüb. Tərəflər ikitərəfli münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparırlar.


Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, bu səfər əslində gözlənilən idi və təsadüfi xarakter daşımır:

 

“Əraqçinin Rusiyaya səfəri əvvəlcədən gözlənilirdi. Çünki son dövrlərdə belə ehtimallar səslənirdi ki, İranın regiondakı mövqeyinin qorunmasında Rusiyanın müəyyən rolu var. Rusiya bu proseslərdə açıq şəkildə iştirak etməsə də, hər zaman İranın bölgədə zəifləməsini istəməyən əsas güclərdən biri kimi çıxış edib. İran Rusiyanın yaxın tərəfdaşlarından biri sayılır və bu səbəbdən Moskva bu ölkənin regiondan kənarlaşdırılmasına laqeyd qala bilməz. Hazırkı atəşkəs mühiti və onun müddətinin uzadılması fonunda bu səfər daha da əhəmiyyət qazanır. Rəsmi açıqlamalarda yalnız ümumi məqamlar qeyd olunsa da, pərdə arxasında daha geniş və detallı müzakirələrin aparıldığı ehtimal olunur. Düşünürəm ki, müəyyən qərarlar qəbul ediləcək, lakin onların hamısı ictimaiyyətə açıqlanmayacaq. Bu görüşün regiondakı siyasi proseslərə təsiri qaçılmazdır. Lakin bu təsirin konkret hansı istiqamətdə olacağını demək üçün bir qədər zaman lazımdır. Yaxın günlərdə və həftələrdə bunun nəticələrini daha aydın şəkildə müşahidə edəcəyik”.


Həmçinin şərhçi qeyd edib ki, İran və Rusiya arasında əməkdaşlıq, demək olar ki, bütün sahələri əhatə edir:


“Siyasi əlaqələr artıq formalaşıb, iqtisadi əməkdaşlıq isə hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Çünki hər iki dövlət uzun müddətdir sanksiyalar altında fəaliyyət göstərir və bu da onları bir-birinə daha çox yaxınlaşdırır. Eyni zamanda, hərbi sahədə də əməkdaşlıq diqqət çəkir və bu istiqamətdə qarşılıqlı əlaqələrin mövcud olduğu müxtəlif iddialarla da təsdiqlənir. Ümumilikdə isə bu səfər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir və onun real nəticələri yaxın dövrdə özünü göstərəcək”.

 

Ayşə Müzəfərli

#baki #proseslərin #bilər? #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər