00:00:00
Yazar
Səmayə Səftərova
01.10.2026 20:52 36 1 dəq oxuma
Siyasət

Putin: Rusiya kiməsə hücum etməyə hazırlaşmır

Putin: Rusiya kiməsə hücum etməyə hazırlaşmır

Qərb ölkələrinin Baltik dənizində keçirdiyi hərbi təlimlər və Rusiya gəmilərini saxlamaq cəhdləri eskalasiyaya səbəb olur.

 

“İnformator.az” APA-nın Moskva bürosuna istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunda çıxışı zamanı bildirib.

 

Putinin sözlərinə görə, Rusiyaya birbaşa hücum ediləcəyi təqdirdə ölkənin sərəncamında olan bütün silahlardan istifadə məsələsi qaçılmaz olaraq gündəmə gələcək. Rusiya Prezidenti vurğulayıb ki, Rusiya Xarici İşlər Nazirliyinin Kalininqrad vilayətinin müdafiəsi ilə bağlı məktubunda nüvə silahlarından istifadə barədə konkret söhbət getmir. Onun sözlərinə görə, sənəddə Rusiyanın sərəncamında olan bütün vasitələrdən istifadə imkanından bəhs olunur. Putin, həmçinin Rusiyanın başqa ölkələrə hücum etmək niyyətində olmadığını bildirib. O qeyd edib ki, Rusiya “nə 2029-cu ildə, nə 2030-cu ildə, nə də 2050-ci ildə” heç kimə hücum etməyə hazırlaşmır.

#Rusiya #baltik #hərbi təlimlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər