00:00:00
Yazar
Admin User
05.02.2026 18:07 180 2 dəq oxuma
Siyasət

Putin–Si danışığı və İran gərginliyi

Putin–Si danışığı və İran gərginliyi

Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin arasında baş tutan videokonfrans dünya siyasətində yeni mesajlar verib. Tərəflər ABŞ-lə münasibətlər, İran ətrafında artan gərginlik, eləcə də Venesuela və Kuba ilə bağlı mövqelərini müzakirə ediblər. Kremlin yaydığı məlumatlara görə, Moskva və Pekinin yanaşmaları bir çox məsələlərdə üst-üstə düşür. Xüsusilə İran mövzusu danışıqlarda xüsusi yer tutub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Turan İrfan bildirib ki, hazırda ABŞ İrana qarşı təzyiq göstərir və müharibə ehtimalı böyükdür:

 

"Eyni zamanda Ukrayna müharibəsi davam edir. ABŞ-nin məqsədi Ukraynada üstünlük əldə etmək üçün Rusiyanın müttəfiqlərini sıradan çıxarmaqdır. Venesuelaya tətbiq edilən siyasət də bu planın tərkib hissəsidir. Habelə İrana qarşı məlum təzyiqlər də həmin məqsədə xidmət edir. Rusiyanın qol-budağını budamaqla son nəticədə onun özünü və nəhayət Çinı zəiflətmək istəyirlər. Bu siyasətə qarşı Rusiya və İran Çinlə müttəfiqliyi gücləndirirlər.

 

Burada həm Rusiyanın Ukraynaya təcavüzü qarşısında mövqeyi möhkəmlənir, həm də İranı müdafiə etməklə ABŞ üçün maneələr yaradırlar. Venesuela və Kuba mövzusu da Putin–Si Szinpin danışıqlarında birgə hərəkət planının tərkibidir. Qərbə qarşı birgə koordinasiyanı artırmaqla tədricən koalisiya formalaşdırmaq istəyirlər. Həm İran, həm də Rusiya Çinə arxalanırlar.

 

ABŞ-nin hərbi müdaxiləsinin bir addımlığında bu danışıqlar ona mesajdır: məqsəd İranı qorumaqdır. Rusiya və Çinin ABŞ-lə bağlı üst-üstə düşən yanaşması Kuba, Venesuela və İranla bağlıdır. Həmçinin buradan aydın olur ki, Ukrayna məsələsində də Çin birmənalı şəkildə Rusiyanın yanındadır və qarşıda hərbi dəstək də verə bilər.

 

İqtisadi və ticarət maraqlarını ön planda tutan ABŞ qarşısında ciddi müqavimət koalisiyası yaranır. Vaxtilə Corc Buş administrasiyası İraqa müdaxilə edərkən beynəlxalq təşkilatların, xüsusən BMT və MAQATE-nin rəylərinə əsaslanırdı. Ən azı hərbi müdaxilə üçün beynəlxalq rəy formalaşdırıb. Donald Tramp isə beynəlxalq təşkilatlara o qədər də əhəmiyyət vermədən əsasən şəxsi qənaətinə əsaslanaraq addım atır.

 

Əgər əvvəlcədən Çin və Rusiya təhlükəsi nəzərə alınsa, İrana müdaxilə dünyada daha geniş çevrədə dəyişikliklərə gətirib çıxara bilər. Əgər bu məsələlər situativ olaraq meydana çıxırsa, ABŞ dərin dövləti dərhal Qərb koalisiyasını formalaşdırmalıdır. Çünki bu faktiki olaraq dünya müharibəsinin başlanğıcıdır".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər