00:00:00
Yazar
Admin User
11.06.2024 17:48 409 1 dəq oxuma
Siyasət

Putin Türkiyənin BRİCS-ə qoşulmaq istəyinə münasibət bildirib

Putin Türkiyənin BRİCS-ə qoşulmaq istəyinə münasibət bildirib

"Rusiya Türkiyənin BRİCS -ə marağını alqışlayır və ümumi problemlərin həlli istiqamətində bu ölkəyə dəstək verəcək". Bunu Rusiya prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə deyib .

 

İyunun 4-də Türkiyənin xarici işlər naziri Fidan qeyd edib ki, Ankara BRİCS-ə qoşulmaq istəyir. O əlavə edib ki, Rusiyada keçiriləcək görüşdə assosiasiyaya daxil olan ölkələrin xarici işlər nazirləri ilə bu məsələni müzakirə edəcək.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Türkiyənin BRİCS-ə daxil olması ehtimalını daha əvvəl şərh edib . O vurğuladı ki, assosiasiyanın qapıları açıqdır, artıq 30-dan çox ölkə onunla iş qurmağa hazır olduğunu bəyan edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər