00:00:00
Yazar
Elmira Ağayeva
01.05.2026 18:40 19 2 dəq oxuma
Siyasət

Putin Trampa 9 may münasibətilə Ukrayna ilə atəşkəsə hazır olduğunu deyib

Putin Trampa 9 may münasibətilə Ukrayna ilə atəşkəsə hazır olduğunu deyib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trump arasında 1,5 saatlıq telefon danışığı olub. Putin 9 may münasibətilə Ukrayna ilə atəşkəs elan etməyə hazır olduğunu deyib və bu təşəbbüs Tramp tərəfindən dəstəklənib.Münaqişənin həllinə dair razılaşmanın yaxın olduğunu vurğulanıb, Rusiya tərəfi isə hərbi hədəflərinə nail olacağını qeyd edib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu təşəbbüs Rusiya-Ukrayna müharibəsinin gedişatını əhəmiyyətli dərəcədə dəyişə bilməz:

 

“Bu, Rusiyanın istəyidir.Sadəcə olaraq ayın 9-da problemsiz parad keçirmək istəyir.Ukrayna prezidenti komandasına tapşırıq verib ki, Tramp administrasiyası ilə əlaqə saxlayaraq məsələnin detallarını, Amerikanın buradakı istəyini və Rusiyanın maraqlarını aydınlaşdırsınlar. Rəsmi Kiyevin mövqeyinə görə, Rusiya bunu bir neçə saatlıq parad üçün istəyir, lakin Ukrayna daha ciddi və uzunmüddətli atəşkəsin tərəfdarıdır. Amerikanın bu münaqişədə rol alması onun qlobal güc olması və Ukraynaya təsir edə bilməsi ilə bağlıdır. Belə görünür ki, Rusiyanın Ukraynaya söz çatdırmaq üçün Amerika və Trampdan başqa effektiv mexanizmi qalmayıb. Tramp münaqişənin bitməyə yaxın olduğunu desə də, Putin hərbi hədəflərinə çatacaqlarını bildirir, lakin bu “hədəflərə çatmaq” məsələsi daha çox PR xarakteri daşıyır”.

 

Müsahibin sözlərinə görə, bu prosesdə Amerikanın iştirakı və Trampın vasitəçiliyi ABŞ-nin münaqişələrə təsir edən böyük güc kimi qalmasını şərtləndirir:

 

“Amerika və Rusiya arasındakı danışıqların bəzi məqamları açıq olsa da, bəziləri rəsmiləşdirilməyib və gizli qalır, buna görə də razılaşmaların Avropanın xeyrinə və ya ziyanına olduğunu demək çətindir. Trampın NATO-dan çıxmaq təşəbbüsü və Almaniyadakı Amerika qoşunlarını azaltmaq istəyi Rusiyanın xeyrinə, Avropanın isə zərərinə atılan addımlar kimi dəyərləndirilə bilər. Digər tərəfdən, Amerika dəstəyini azaltdıqca, Avropa bu boşluğu doldurmağa çalışır, silah-sursat ehtiyatlarını və hərbi sənaye kompleksini inkişaf etdirir. Hazırda Avropa öz təhlükəsizlik cəbhəsini Ukraynada qurub və onun üzərindən Rusiyanı zəiflətməyə çalışır ki,gələcəkdə Avropaya təhlükə törətməsin”.

 

Mələk Hüseynova

#ABŞ #Rusiya #Ukrayna #siyasət #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər