00:00:00
Yazar
Admin User
24.04.2015 09:01 510 1 dəq oxuma
Siyasət

Putindən İrəvana şok: Rusiya prezidenti Ermənistanda “soyqırım” demədi

Putindən İrəvana şok: Rusiya prezidenti Ermənistanda “soyqırım” demədi

 Putin kütləvi qırğınların bir səbəbi olmadığını və ola bilməyəcəyini deyib.

 “Beynəlxalq cəmiyyət keçmişdə baş verən faciəvi hadisələrin bir daha təkrarlanmaması, bütün xalqların sülh və barışıq içində yaşaması üçün hər cür səy göstərməlidir. Rusiyanın insanlıq tarixinin ən qorxulu faciələrindən birini yaşayan Ermənistan xalqının ağrısını paylaşır. 1915-ci il hadisələri bütün dünyanı sarsıtdı. Rusiya yaşananları öz ağrısı olaraq gördü. Milyonlarla erməni vətəndaşı Rusiyaya sığınaraq həyatda qalmağı bacardı” – Rusiya lideri bildirib.

 

Xatırladaq ki, Putin dünən Moskvada təşkil edilən “Soyqırımları olmadığı bir dünya” adlı proqrama göndərdiyi mesajında “soyqırım” ifadəsindən istifadə edib. “24 aprel 1915-ci il insanlıq tarixinin ən qorxunc, dramatik hadisələrindən və erməni xalqının soyqırımı ilə əlaqədar kədərli bir tarixdir”, – Putinin mesajında deyilir

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər