00:00:00
Yazar
Səadət Əlizadə
04.08.2026 19:00 104 2 dəq oxuma
Siyasət

Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: Təşvişə düşmə, Rusiya dağılır

Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: Təşvişə düşmə, Rusiya dağılır

Paşinyanla Putinin sonuncu telefon danışığından sonra Ermənistanın baş nazirinin Qərb havadarları onu panikaya düşməməyə, Putinin təhdidlərindən və ya seçim qarşısında qalmaq üçün verdiyi göstərişlərdən qorxmamağa çağırıblar.

 


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Ermənistanın Rusiya təsirindən çıxmağa cəhdləri və xüsusilə də Qərbə yaxınlaşması Moskvada ciddi narahatlıq doğurur:

 

 

"Ermənistan Baş naziri Nikol Paşinyanın Qərbə inteqrasiyası və Rusiyanın təzyiqləri fonunda Qərb liderləri İrəvana dəstək mesajları ünvanlayır, Moskvanın regiondakı mövqeləri zəifləyir, Azərbaycan isə yeni strateji imkanlar əldə edir. Lakin müəyyən təhlükəsizlik riskləri ilə də üz-üzə qalmaq ehtimalı var. Ermənistanın Avropa İttifaqına yaxınlaşması və iqtisadi asılılığı azaltmaq cəhdləri Rusiyanın Cənubi Qafqazdakı nəzarət mexanizmlərini məhdudlaşdırır. İrəvanın Moskva mərkəzli təsir dairəsindən uzaqlaşıb Qərb tərəfdaşlarına güvənməsi Rusiyanın bölgədəki hərbi mövcudluğunu da sual altına qoyur. Belə olduğu zəmində Kreml-İrəvan xəttindəki iqtisadi və siyasi məhdudiyyətlər Rusiyanın təsir рыçaqlarının əvvəlki effektivliyini itirdiyini göstərir. Rusiyanın zəifləməsi fonunda Azərbaycanın bölgədə müstəqil qərarlar qəbul etmək və Zəngəzur dəhlizi kimi nəqliyyat layihələrini irəlilətmək imkanları, fürsətləri güclənir. Qərbin Cənubi Qafqazda fəallaşması güc balansını dəyişə bilər, lakin kənar qüvvələrin bölgədə rəqabətini kəskinləşir də bilər. Ermənistan daxilində Rusiya və Qərb arasında yaşanan gərginlik fonunda revanşist qüvvələrin aktivləşməsi və sülh prosesinin ləngiməsi ehtimalı qalır. Rusiya Ermənistan daxilində özünə bağlı qrupların fəaliyyətini gücləndirə, ölkə rəhbərliyi üçün maneələr yaratmağa cəhd edə bilər. Ancaq Qərbin Baş nazir Paşinyana dəstək və toxdaqlıq mesajları Ukrayna bataqlığına batan Moskvanı məqsədlərindən çətin daşındıra bilər. Ermənistanın tam təsir dairəsindən çıxmasını Rusiya təhlükəsizliiyi üçün təhdid hesab edir. Ələlxüsus da onun yerini Qərb ölkələri tutarsa bu da onun üçün ikinci Ukrayna problemi deməkdir".

 

 

Səadət Əlizadə

#gündəm #mesaj #rusiya #paşinyana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər