00:00:00
Yazar
Nərmin Həşimova
01.05.2026 20:30 26 2 dəq oxuma
Siyasət

“Qərbdə bir çox dairələr Azərbaycana qarşı kampaniyanı davam etdirməyə çalışırlar”- ŞƏRH

“Qərbdə bir çox dairələr Azərbaycana qarşı kampaniyanı davam etdirməyə çalışırlar”- ŞƏRH

Media resurslarında və yayımlanan videogörüntülərlə bağlı müzakirələr beynəlxalq hüquq institutlarının və ayrı-ayrı keçmiş vəzifəli şəxslərin fəaliyyətinə dair yeni suallar doğurub. Xüsusilə Luis Moreno Ocampo, Cozef Borrel və digər şəxslərlə bağlı iddialar fonunda onların Azərbaycana qarşı səsləndirdikləri fikirlərin motivləri, həmçinin bu proseslərin arxasında mümkün maraq şəbəkələri barədə müxtəlif yanaşmalar irəli sürülür. Bu iddialar çərçivəsində insan hüquqları mövzusu ilə yanaşı, beynəlxalq siyasi təsir mexanizmləri, lobbiçilik fəaliyyəti və dövlətlərarası münasibətlərə təsir imkanları da diqqət mərkəzinə çıxır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, yayılan video və orada səslənən fikirlər bir daha onu ortaya çıxardı ki, Qərbdə bir çox dairələr, erməni lobbi­sinin maliyyə vəsaitlərindən bəhrələnən və bundan qidalanan ünsürlər Azərbaycana qarşı kampaniyanı davam etdirməyə çalışırlar:


“ Bu yalnız o kampaniya ilə məhdudlaşan bir çevrə deyil. Belə hallar uzun müddətdir müşahidə olunur. Biz uzun müddətdən bəri Qərbin müxtəlif siyasi və media çevrələrinin bununla bağlı hərəkətlərini görməkdəyik, bunlar təsadüfi hadisələr deyil və faktiki olaraq bir mərkəzdən idarə olunur desək, yanılmarıq. Burada məqsəd əlbəttə ki, Azərbaycan üzərindən erməni diasporasının imkanlarından, maliyyə qaynaqlarından bəhrələnməkdir. Ocampoya aid məsələlərin Avropa İttifaqının keçmiş komissarı Cozef Borrel və digər şəxslərlə əlaqə kontekstində üzə çıxması da diqqət çəkir. Bu, bir daha göstərir ki, Qərb strukturlarında kifayət qədər korrupsiyalaşan, satılan və pul müqabilində dövlətlərinin marağını satmağa hazır olan yetəri qədər insanlar var və onlar maliyyə müqabilində istənilən riyakarlığa və yaramazlığa qol qoymağa hazırdırlar. Biz elə son günlər Avropa Parlamentinin qəbul etdiyi qərarda da həmin xətti görməkdəyik. Belə ki, həm erməni diasporasının, eyni zamanda Rusiya agentura şəbəkəsinin üzvləri bu prosesdə ciddi şəkildə fəallıq göstərirlər. Qərb, Rusiya və digər ölkələrin maraqları bir çox məsələlərdə üst-üstə düşməsə də, Azərbaycana qarşı Ermənistanı dəstəkləmək xəttində onların mövqeləri eynilik təşkil edir. Bu cür proseslər gələcəkdə də davam edə bilər və Azərbaycan buna qarşı həm diplomatik, həm də informasiya istiqamətində daha fəal olmalıdır. Yəni biz indiyə qədər bu cür davranışları, bəyənatları, açıqlamaları görmüşük və bundan sonra da görməliyik. Bunun üçün də Azərbaycan həm diplomatik, eyni zamanda təbliğat və informasiya istiqamətində də fəallığı artırmalı və bu cür fəaliyyətləri neytrallaşdırmağa çalışmalıdır”.

 


Mehriban Yariyeva

#qərb #Azərbaycan #kampaniya #videogörüntü
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər