Qadınların ixtira etdiyi 4 kəşf
İnformator.az qadınların 4 kəşfini təqdim edir:
Lupe Hernandez - Əl dizenfeksiyası
1966-cı ildə Kaliforniyanın Bakersfield şəhərində, gənc tibb bacısı sabun və su əlçatan olmadıqda əlləri təmizləmək üçün yeni üsul tapdı. 60-65 faizi spirt olan maddənin patentini aldı. Lupe Hernandez bu gün istifadə etdiyimiz əl dizenfeksiyasının ixtiraçısıdır.

Amanda Jones / Vakum konserv
Yazıçı və araşdırmaçı Amanda Jones 1872-ci ildə konserv üçün vakum üsulu ixtira etdi. Bir qabda hava keçirmədən ərzağı mühafizə etməyin yolunu tapdı. Bu ixtira üçün 5 patent aldı.

Marie Van Brittan Brown / Mühafizə kamerası
Sistem siqnalı evin içindəki monitora göndərən kamera ixtira etdi. Marie qısa müddət ərzində
mükafata layiq görüldü.

Ángela Ruíz Robles / Elektron kitab
İspaniyalı müəllim Angela Ruiz Robles eyni zamanda yazıçı və ixtiraçı idi. Hamınızın bildiyi elektron kitabların ilk versiyasını yaradıb. 1949-cu ildə "Mexaniki Ensiklopediya"nın patentini aldı. Kitab- düymələrin, işıqların və çevrilə bilən səhifələrin yer aldığı elektrikli cihaz idi.

HƏCƏR ƏMİRASLANLI
