00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
07.08.2026 17:39 19 2 dəq oxuma
Siyasət

Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir

Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir

 

ABŞ danışıqlar bəhanəsi ilə İrana qarşı genişmiqyaslı hücum hazırlayır.

 

Mövzu ilə bağlı "İnfomator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki,
Məhəmməd Baqir Qalibafın ABŞ-nin İrana qarşı genişmiqyaslı hücumunun yaxınlaşdığı barədə açıqlaması mövcud gərginliyin son dərəcə təhlükəli mərhələdə olduğunu göstərir:

 

“Belə bir hücum baş verərsə, qarşıdurmanın yalnız ABŞ və İran arasında məhdud qalacağını düşünmək çətindir. Tehran artıq mümkün hücumların davam edəcəyi halda regiondakı ABŞ hərbi mövcudluğunu və mühüm infrastrukturu cavab hədəfləri sırasında nəzərdən keçirə biləcəyinə dair sərt mesajlar verir.  Bu isə Körfəz ölkələrinin münaqişəyə dolayı şəkildə cəlb olunması, Hörmüz boğazında təhlükəsizlik risklərinin artması və enerji daşımalarında ciddi problemlərin yaranması deməkdir. Nəticədə hərbi eskalasiya neft qiymətlərindən beynəlxalq ticarətə qədər qlobal iqtisadiyyata təsir göstərə biləcək regional böhrana çevrilə bilər.Digər tərəfdən, Qalibafın bəyanatını yalnız hərbi kəşfiyyat xarakterli xəbərdarlıq deyil, həm də siyasi-psixoloji mesaj kimi qiymətləndirmək lazımdır. ABŞ və İran arasında son dövrdə həm hərbi qarşıdurmanın, həm də diplomatik təmasların paralel davam etməsi göstərir ki, tərəflər bir-birinə təzyiq etməklə mümkün razılaşmanın şərtlərini öz xeyirlərinə dəyişməyə çalışırlar. Buna görə genişmiqyaslı hücum ehtimalı real risk olaraq qalsa da, diplomatik kanalın tam bağlandığını söyləmək hələ tezdir. Ən təhlükəli ssenari isə qarşılıqlı zərbələrin nəzarətdən çıxaraq İsrail, Körfəz dövlətləri və regiondakı ABŞ bazalarını əhatə edən daha böyük müharibəyə çevrilməsidir. Belə bir inkişaf Yaxın Şərqdə mövcud təhlükəsizlik arxitekturasını ciddi şəkildə sarsıda və uzunmüddətli qeyri-sabitlik yarada bilər”.


Nurgün Qənizadə

#genişmiqyaslı #qalibaf: #azərbaycan #hücumu #i̇rana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər