00:00:00
Yazar
Nərmin Həşimova
21.07.2026 16:33 45 1 dəq oxuma
Siyasət

Qalibaf ABŞ-yə çağırış edib- ŞƏRH

Qalibaf ABŞ-yə çağırış edib- ŞƏRH

Qalibaf ABŞ-ni müharibəni dayandırmağa hazır olmasını əməlləri ilə təsdiqləməyə çağırıb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib ki,
bu çağırışın bir neçə mənası var: 

 

“Bu o deməkdir ki, ABŞ-nin bugünkü gündə tutduğu yol heç də Yaxın Şərqdə sülhə aparan yol deyil. Digər tərəfdən nəzərdə tutulur ki, İsraillə bağlı məsələlərdə ABŞ mütləq şəkildə öz fikrini dəqiq bildirməlidir. Çünki İsraillə bağlı deyilən məsələlər, belə desək, həmin bölgədə vəziyyəti daha da çalxalandırıb. ABŞ isə kənarda oturaraq Körfəz ölkələri və Yaxın Şərq ölkələrinin bir-biri ilə müharibə aparmasını izləyir. Amerika təməl olaraq İsrailin tələsinə düşüb və bu tələdən hələ ki, çıxa bilmir.Bu məsələlərlə bağlı ABŞ öncə real addım atmalıdır. Müharibəni mütləq şəkildə təkcə sözlə deyil, əməldə də dayandırmalıdır. Atışmaların hər biri dayanmalıdır ki, bundan sonra İranla ümumi razılaşmaya, sülhə doğru keçilsin. Bu da, təbii ki, seçki öncəsi Tramp üçün, ümumilikdə isə region üçün vacibdir. Lakin bugünkü gündə bu imkan qaçırılır”.


Nurgün Qənizadə

#baki #azərbaycan #abş-yə #edib- #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər