Qalmaqallı cütlük soyadlarını da dəyişir
Britaniya kral ailəsindəki vəzifələrini tərk edən şahzadə Harri və həyat yoldaşı Meqan Markl soyadlarını dəyişdirməyi düşünürlər.
İnformator.az Sözcü qəzetinə istinadən xəbər verir ki, Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsi soyadı olan Vindsor əvəzinə Şahzadə Diananın nikahdan əvvəlki soyadını istifadə etməyə başlayacaqları iddia edilib. Bu barədə kral mütəxəssisi Tom Bovers məlumat verib.
Cütlüyün şahzadə Diananın ailə soyadı olan Spenserə üstünlük verəcəyini qeyd edən Bover deyib: "Sussex markasını yenidən yaratmağın ən maraqlı tərəfi Meqanın həyatdakı əsas məqsədinin Diana olmağa qərar verməsidir".
İlkin
