Qanvermə aksiyalarından 24 128 770 ml qan tədarük edilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.
Səhiyyə nazirliynin mətbuat xidmətindən İnformator-a verilən xəbərə görə, cari ilin ilk doqquz ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 24 128 770 ml qan tədarük edilib. Keçirilən aksiyalarda 51 367 nəfər könüllü donor iştirak edib.
Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb.
Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq.
