00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
25.09.2026 14:29 30 2 dəq oxuma
Siyasət

Qarabağ və Şərqi Zəngəzurda kadrlara artan tələbat: Hansı sahələrdə mütəxəssis çatışmazlığı var?

Qarabağ və Şərqi Zəngəzurda kadrlara artan tələbat: Hansı sahələrdə mütəxəssis çatışmazlığı var?

 

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri və əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışı bölgədə müxtəlif sahələr üzrə mütəxəssislərə olan tələbatı artırır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Mətanət Məmmədova bildirib ki, 2020-ci ildən Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı məntəqələrdə quruculuq işləri aparılılır:


“Bu işlərlə yanaşı,keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı da müxtəlif sahələr üzrə böyük kadr və mütəxəssis ehtiyacı yaradır.Xüsusilə təhlükəsizlik, mühəndislik, tikinti, logistika, texniki təchizat və infrastruktur sahələrində peşəkar kadrlara ehtiyac böyükdür".

 

Sosioloq qeyd edir ki,ən əsas məsələlərdən biri də təhlükəsizlikdir:

 

“Təhlükəsizlik həll olunmalıdır ki, daha sonra quruculuq işləri həyata keçirilsin. Minatəmizləyənlərimiz əraziləri təmizləyir, lakin bu sahədə kadr azlığı var və mütəxəssislərə böyük ehtiyac duyulur”.

 

Mətanət Məmmədova qeyd edir ki, yeni məktəblərin, səhiyyə müəssisələrinin, idarə və təşkilatların, eləcə də digər sosial obyektlərin istifadəyə verilməsi müxtəlif sahələr üzrə kadrlara tələbat yaradır. Xüsusilə təhsil və səhiyyə sahələrində mütəxəssis çatışmazlığının aradan qaldırılması üçün vakansiyaların artırılması və işçilər üçün əlverişli şəraitin yaradılması vacibdir:

 

“Hazırda xüsusilə təhsil və səhiyyə sahələrində mütəxəssislərə tələbat var. Məktəblərdə fizika, riyaziyyat və kimya müəllimlərinə, səhiyyə müəssisələrində isə həkimlərə, tibb işçilərinə və tibb bacılarına ehtiyac duyulur. Bu problemin həlli üçün insanları həmin ərazilərdə işləməyə cəlb edən yüksək əməkhaqqı, təminatlı mənzil və sosial paketlər təqdim olunmalıdır”.

 

Ekspert bildirir ki, Zəngəzur dəhlizi genişləndikcə mütəxəssislərə və yeni kadrlara ehtiyacın da artacağı gözlənilir. Layihə Şərqlə Qərb arasında körpü rolunu oynayaraq Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına və yeni iş yerlərinin yaranmasına töhfə verə bilər.

Güllüzar Nəbili

#azərbaycan #baki #xəbər #tələbat: #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər