00:00:00
Yazar
Admin User
09.02.2026 15:20 112 2 dəq oxuma
Siyasət

Qardaş ölkələr arasında strateji dialoq

Qardaş ölkələr arasında strateji dialoq

Bildirilib ki, danışıq zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər, eləcə də regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.


Mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a bildirib ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə bütün sahələri özündə ehtiva edir:


“Ankara və Bakı təkcə imzalanan sənədlərlə deyil, çoxəsrlik ortaq tarixi, milli, dini, mədəni və ümumi dəyərlərlə möhkəm tellərlə bir-birinə bağlıdır. “İki dövlət, bir millət” modeli dünyada analoqu olmayan bir nümunədir. Yuxarıda sadaladığımız amillər Azərbaycan və Türkiyənin bütün beynəlxalq platformalarda birgə çıxış etməsinə, maraqlarını və təhlükəsizliklərini etibarlı şəkildə təmin etməsinə, qarşıya çıxan problemləri aradan qaldıra bilməsinə imkan yaradır. Türkiyə və Azərbaycan daimi təmasdadır və koordinasiyalı addımlar atırlar. Bu, həm də onların Cənubi Qafqazda, Yaxın Şərqdə və Mərkəzi Asiya regionunda fəal aktora çevrilməsini şərtləndirən mühüm amildir. Məlum olduğu kimi, Yaxın Şərqdə və İran ətrafında mürəkkəb və gərgin vəziyyət yaranıb. Cənubi Qafqazda Rusiyanın aktivliyi artmaqdadır və Moskva getdikcə daha aqressiv mövqe sərgiləyir. Baş verənlər Azərbaycanı və Türkiyəni ciddi şəkildə narahat edir. Aydındır ki, bölgədəki qarşıdurma hərbi toqquşmalara yol açarsa, bundan ən çox təsirlənən məhz Azərbaycan və Türkiyə olacaq”.

 

Həmçinin şərhçi qeyd edib ki, Ankaranın və Bakının dünyada və regionda artan nüfuzu və rolu bəzi qüvvələri narahat edir:


“Həmin qüvvələr çalışırlar ki, ənənəvi mövqelərini itirməsinlər. Qərbin haqsız basqılarının əsas səbəblərindən biri də məhz budur. Türkiyə–Azərbaycan dostluğu və müttəfiqliyi hər iki dövlətin inkişafına və perspektivlərinə böyük töhfə verir. İki qardaş dövlət arasında dialoq mühiti mövcuddur və istənilən məsələnin qısa zamanda müzakirəsi və həlli mümkündür. Düşünürəm ki, bu əlaqələr və əməkdaşlıq dinamik şəkildə inkişaf edir və hazırda ən yüksək mərhələsindədir”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər