00:00:00
Yazar
Admin User
19.11.2025 17:17 87 1 dəq oxuma
Sosial

Qaz və elektrik fasilələrinin şəhərə təsiri

Qaz və elektrik fasilələrinin şəhərə təsiri

Şəhərin bir neçə ərazisində aparılan planlı təmir və yenidənqurma işləri nəticəsində qaz və elektrik təminatında müvəqqəti fasilələr yaranıb.

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “İnformator.az”a bildirib ki, aparılan təmir işləri və texniki nasazlıqlar şəhər nəqliyyatının idarə olunmasında ciddi çətinliklər yaradır:

 

“Bu kimi fasilələr ilk növbədə svetoforların iş rejiminə təsir edir. Eyni zamanda kamera və radarların fəaliyyətinin dayanması səbəbindən qayda pozuntularının sayı artır və bəzi sürücülər bundan sui-istifadə edirlər. Bir çox hallarda təklif etmişik ki, xüsusən də svetoforların, kamera və radarların əsas elektrik şəbəkəsindən ayrı şəkildə, xüsusi qorunan enerji xətti üzərindən təmin edilməsi vacibdir. Çünki kiçik bir nasazlıq səbəbindən saatlarla təmir işləri aparılır və nəticədə svetoforların işləməməsi nəqliyyatda xaos yaradır”.

 

Ekspert əlavə edib ki, svetoforlar və yol hərəkətini tənzimləyən digər sistemlər əsas şəbəkədən ayrılıb xüsusi xəttlə idarə olunsa, belə problemlər minimuma enərdi:

 

“Enerji təminatında yaranan qırılmalar svetoforların fəaliyyətini iflic edir. Bu isə yollarda sıxlıq yaradır, ictimai nəqliyyatın hərəkət intervalı pozulur, gecikmələr artır. Nəqliyyatın idarə olunması üçün bu sistemlər xüsusi qorunan enerji şəbəkəsi üzərindən işləməlidir ki, belə hallarda çətinlik yaranmasın. Mövcud vəziyyətdə isə bu problemlər təəssüf ki, qaçılmazdır”.

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər