00:00:00
Yazar
Güllər Gülhüseynova
27.08.2026 20:46 163 2 dəq oxuma
Siyasət

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək

Qazaxıstan və Sinqapur əsas diqqəti Orta Dəhlizin inkişafına yönəltməklə multimodal daşımalar, ticarət və rəqəmsallaşdırma sahələrində əməkdaşlığı genişləndirəcək.

 

Mövzu ilə bağlı diyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Orta Dəhlizin əsas missiyalarından biri Çin və Cənub-Şərqi Asiya ölkələri ilə Mərkəzi Asiya üzərindən Avropa arasında nəqliyyat-logistika bağlantısının yaradılmasıdır:

 

“Artıq Orta Dəhlizin Cənub-Şərqi Asiyadan Avropaya qədər uzanan bu marşrut üzrə mövcud şəraitdə nə qədər səmərəli variant olduğu heç kimdə şübhə doğurmur. Xüsusilə Ukrayna və İran müharibələri fonunda Orta Dəhlizin əhəmiyyəti artıq mübahisəsizdir. Çin və Cənub-Şərqi Asiyanın Sinqapur kimi inkişaf etmiş bir dövlətinin bu layihəyə qoşulması onun perspektivinə böyük inamın olduğunu göstərir. Eyni zamanda Sinqapurun maliyyə, texnoloji və iqtisadi imkanları, eləcə də infrastrukturun yaradılması sahəsindəki təcrübəsi onun Orta Dəhlizə böyük töhfə verəcəyini söyləməyə əsas verir”.

 

Siyasi şərhçi həmçinin bunu da qeyd edib ki, Sinqapurun Orta Dəhlizdə iştirakının bu dəhlizin gücləndirilməsinə təsirini şərti olaraq iki istiqamətdə nəzərdən keçirmək olar:

 

“Sinqapurun geniş maliyyə və texnoloji imkanları Orta Dəhlizin müxtəlif seqmentlərinin yaradılmasında və möhkəmləndirilməsində iştirak üçün geniş imkanlar açır. Sinqapur varlı ölkədir. Orta Dəhliz isə multimodal xarakter daşıyan bir marşrutdur. Burada dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yanaşı, müəyyən enerji layihələri də mövcuddur. Bu baxımdan Sinqapurun maliyyə və texnoloji imkanları Orta Dəhlizin daha da gücləndirilməsində mühüm rol oynaya bilər. İkinci istiqamət isə Sinqapurun müxtəlif iqtisadi, sənaye və istehsal məhsullarının bu marşrut üzrə Avropaya daşınması, eyni zamanda Avropadan müəyyən məhsulların Orta Dəhliz üzərindən Sinqapura çatdırılması ilə bağlıdır. Beləliklə, Sinqapurun Qazaxıstan tərəfindən bu layihəyə cəlb olunması, əslində, məqsədyönlü şəkildə düşünülmüş bir addımdır. Orta Dəhlizin daha səmərəli fəaliyyət göstərməsi bütün iştirakçı ölkələr üçün böyük fayda vəd edir. Düşünürəm ki, Cənub-Şərqi Asiyanın İndoneziya və Malayziya kimi inkişaf etmiş ölkələrinin də bu layihəyə qoşulması imkanlarının araşdırılması işin daha da xeyrinə olardı”.

 

 

Güllər Gülhüseynova

#çərçivəsində #orta #əməkdaşlıq #dəhliz #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər