Qədim misirdə mumiyalama adətinin əsl səbəbi BU İMİŞ
Qədim Misir mumiyaları kəşf edildiyi gündən bəri həmişə maraq oyadıb.
İnformator.az BBCyə istinadən mumiyalama prosesinin əsl mahiyyətini diqqətinizə çatdırır. Mumiyalama prosesinin məqsədi ölümdən sonra cəsədin qorunması kimi bilinir. Amma bu yaxınlarda İngiltərədə açılan sərginin təşkilatçıları bu düşüncənin əksini iddia edən mühüm tapıntılar ortaya qoyub.
15 milyon funt-sterlinq büdcə ilə təmir edilən Mançester Muzeyində açılan "Misirin qızıl mumiyaları" adlı sərgisi çox böyük bir Misirşünaslıq kolleksiyasını üzə çıxarıb.
Sərgidə Yunan-Roma dövrünə aid səkkiz mumiya nümayiş etdirilir. Bu mumiyalar arxeoloq Flinders Petrie tərəfindən Qahirənin cənubundakı Feyyum şəhərindəki Havara nekropolunda 1888-90 və 1911-ci illərdə aparılan qazıntılar zamanı tapılaraq İngiltərəyə aparılıb. Kampbell Prays məqsədinin onların görünüşünü dəyişdirmək olduğunu bildirib. Amma necə?
İlk növbədə, bu sərgi son tendensiyaların əksinə olaraq, rentgen və ya kompüter tomoqrafiyasından istifadə edərək mumiyaların sarğılarının altında nə olduğunu göstərmir. Mumiyaların ölərkən neçə yaşında olması və ya ölüm səbəbi ilə bağlı təfərrüatlar da nəzərə alınmır. Preys əsl məqsədin mumiyanın içindən insanlara diqqət çəkmək olduğunu vurğulayıb.
Məhz bu məqamda Praysın aydınlaşdırmaq istədiyi ən mühüm mif ortaya çıxır. Bir çoxumuz mumiyaların məqsədinin ölülərin cəsədlərini qorumaq olduğunu düşünürük. Amma Prays düşünür ki, mumyalamanın əsl məqsədi ölüləri tanrıya çevirməkdir. Bu bəzədilmiş tabutlar və sarkofaqlar mumiyanın kim olduğunu əks etdirməkdənsə, ruhun getdiyi yerdə böyük əzəmət içində yaşamasına kömək edəcək ilahi və ideallaşdırılmış bir mənzərəni əks etdirir.
Prays BBC-yə "bu ölən insan tanrı olacaq" deyən mətnlər var. O, Mmumiyalama prosesinin əsl səbəbinin məhz bu olduğunu iddia edib.
Nəzrin Məşədiyeva
