"Qeyri-adi parlaq" qalaktikalar aşkar edildi
Hubble Kosmik Teleskopu "qeyri-adi parlaq" qalaktikalar aşkar edib.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Hubble Kosmik Teleskopu bir-biri ilə qarşılıqlı əlaqədə olan "qeyri-adi parlaq" qalaktikaların fotoşəkillərini çəkib.
NASA-dan verilən açıqlamada çoxluqlar halında bir-birinə təsir edən qalaktikaların mərkəzindəki kiçik bir bölgədən çox yüksək enerjinin yayıldığı və nəticədə "qeyri-adi parlaqlıq" ortaya çıxdığı ifadə edilib.
Aydan
