00:00:00
Yazar
Admin User
28.10.2025 18:47 110 2 dəq oxuma
Sosial

Qəhrəmanlıq bir an deyil,bir ömürdür

Qəhrəmanlıq bir an deyil,bir ömürdür

28 oktyabr-bu tarix Azərbaycan üçün təkcə bir gün deyil, bir qəhrəmanın son nəfəsində belə xalqına xidmət etdiyi andır.

 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Babayevin vəfat etdiyi gündür. O, 1995-ci ildə baş verən Ulduz metrostansiyası və Nəriman Nərimanov metrostansiyası arasında hərəkət edən qatarda yanğın baş verir və bütün qatarı alov bürüyüb. Çingiz Babayev o gün ölümün gözünə baxıb, qorxmayıb, geri çəkilməyib.

 

O, qatarın alovları içində insanların “Kömək edin!” səslərinə doğru qaçıb. Kiminsə uşağını, kiminsə anasını, kiminsə qardaşını xilas etdib… Və hər can qurtardıqca, özündən bir parça azalıb. Amma o parçalarla bir millətin qəhrəmanlıq salnaməsi yazılıb.

 

O, hərbi forma geymiyib, əlində silah yox idi. Onun silahı cəsarət, geyimi isə insanlıq idi. Və o, sübut edib ki, qəhrəmanlıq təkcə döyüş meydanında olmur-bəzən bir dəmiryol vaqonunun qaranlığında, alovun içində də doğulur. Bu gün Çingiz Babayevin adı çəkiləndə, biz təkcə bir insanı deyil, bir dəyəri xatırlayırıq-başqasının həyatını özündən üstün tutmağı, “mən” deməyib “biz” deyə bilməyi və ən əsası-özünü unudaraq başqalarını yaşatmağı.

 

O, fiziki olaraq aramızda yoxdur, amma onun adı hər dəfə “qəhrəman” sözünün yanında dayanır. Çünki o, ölümdən qorxmayıb-o, qorxunun özünü qorxudub. Bu gün onun ruhu qarşısında baş əyirik.

 

Rəhmət və minnətdarlıqla deyirik:

 

Sənin kimi insanlar ölmür, Çingiz Babayev. Onlar sadəcə qəhrəmanlıqla əbədiyyətə köçürlər.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər