00:00:00
Yazar
Admin User
23.11.2022 05:44 772 1 dəq oxuma
Siyasət

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT Rəhbəri ilə görüşdü.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT Rəhbəri ilə görüşdü.
22 noyabr 2022 -ci il tarixində Qeyri Hökumət Təşkilatına Dövlət Dəstəyi Agentliyində Aygün xanım Əliyeva "İstedadları Tanıyaq və Tanıdaq" İB-nin sədri Vüsalə Sadıqova,  sədr müavini Nargül Quliyeva və təşkilatın nümayəndəsi Yaşar Quliyev ilə görüş keçirib.
Təşkilat rəhbəri fəaliyyətləri haqqında geniş məlumat verib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva QHT-lərin fəaliyyəti, onların cəmiyyətin inkişafında rolu haqqında məlumat verib. Cəmiyyətimiz üçün faydalı işlər görən QHT-lərin Agentliyin diqqət mərkəzində olacağını qeyd edib. Təşkilatın fəaliyyəti ilə yaxından tanış olan Aygün xanım onlara bu işdə uğurlar arzulayıb.
Sonda "İstedadları Tanıyaq və Tanıdaq" İB-nin könüllüsü, gənc rəssam Cəmilə Məmmədovanın hazırladığı Agentliyin loqosu Aygün xanıma təqdim edilib. Xatirə fotosu çəkdirilib.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər