00:00:00
Yazar
Admin User
15.01.2026 08:43 75 1 dəq oxuma
Siyasət

QHT-lərə dövlət dəstəyi konsepsiyasının yenilənməsi üçün təkliflər hazırlanır

QHT-lərə dövlət dəstəyi konsepsiyasının yenilənməsi üçün təkliflər hazırlanır

Azərbaycanın qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi konsepsiyasının müasir dövrün tələblərinə və çağırışlarına uyğunlaşdırılması, təkmilləşdirilməsi, yenilənməsi üçün müvafiq təkliflər hazırlanır.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

 

Qeyd edilib ki, təkliflər fevralına 15-nə qədər Agentliyin elektron ünvanı - office@ngoagency.gov.az vasitəsilə yazılı qaydada qəbul olunacaq.

 

Daha sonra təkliflər sistemləşdirilərək təhlil ediləcək, bu istiqamətdə QHT-lərlə ictimai müzakirələr təşkil olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər